Bu ölkə də işğalçı İsraillə diplomatik münasibətləri kəsir
Story Code : 1132440
Bu barədə ölkənin prezidenti Qustavo Petro bildirib.
“Budur, sizin qarşınızda keçid hökuməti, respublika prezidenti xəbər verir ki, sabah İsrail Dövləti ilə diplomatik əlaqələr kəsiləcək”, - deyə Petro Boqotada Beynəlxalq Əmək Günü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı bəyan edib.
O, bu qərarın işğalçı İsrailin Qəzzadakı əməliyyatları (soyqırım törətməsi) ilə əlaqələndirib:
“İsrail dövləti ilə diplomatik əlaqələr kəsiləcək. Fələstin məhv olarsa, bəşəriyyət məhv olar və biz onun məhv olmasına imkan verməyəcəyik”.