QR CodeQR Code

Rus ordusundan sıçrayış: Müqavimətsiz ələ keçirdilər

24 Apr 2024 19:10

IslamTimes - Rusiya ordusu 3600 nəfərin yaşadığı Donetsk vilayətinin Oçeretnı qəsəbəsini ələ keçirib.


Teleqraf.com xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb.

Nəşr yazır ki, aylarla davam edən şiddətli döyüşlərdən sonra Rusiya Silahlı Qüvvələrinin bölmələri faktiki olaraq heç bir ciddi müqavimətlə qarşılaşmadan son 48 saat ərzində qəsəbəyə daxil ola bilib.

“Rusiya ordusunun uğurunun səbəbi Ukrayna Silahlı Qüvvələrinin bu ərazidə müdafiəni saxlayan hərbçilərinin geri çəkilməyə məcbur olmasıdır””, - məlumatda deyilir.
Ətraflı

Oçeretnı Donetsk vilayətinin Ukrayna ordusunun nəzarətində qalan sonuncu şəhərlərinə aparan strateji əhəmiyyətli dəmir yolunun üzərində yerləşir. Ukraynanın Rusiyanın hücumunu necə dayandırmaq niyyətində olduğu hələ də aydın deyil.

 


Story Code: 1130865

News Link :
https://www.islamtimes.org/az/news/1130865/rus-ordusundan-sıçrayış-müqavimətsiz-ələ-keçirdilər

Islam Times
  https://www.islamtimes.org