QR CodeQR Code

“Barselona” - “Real Madrid” matçı təkrar keçirilə bilər

22 Apr 2024 19:36

IslamTimes - “Lamin Yamalın zərbəsindən sonra hakimlərin səhvən qolu nəzərə almadıqları sübut olunarsa, “Barselona” İspaniya çempionatının “Real Madrid”ə qarşı oyununun təkrar keçirilməsini tələb edə bilər”.


Bunu Kataloniyanın “Barselona” klubunun prezidenti Joan Laporta deyib.

“Əgər bunun təmiz qol olduğu təsdiqlənərsə, təkrar oyunu tələb edəcəyimizi istisna etmirik. VAR-ın səhvinə görə bu hal artıq Avropa çempionatlarının birində baş verib”, - Laporta bildirib.

Xatırladaq ki, görüş “Real Madrid”in 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Mənbə: Gazeta.ru


Story Code: 1130413

News Link :
https://www.islamtimes.org/az/news/1130413/barselona-real-madrid-matçı-təkrar-keçirilə-bilər

Islam Times
  https://www.islamtimes.org