Yaponiyada hərbi helikopterlər qəzaya uğrayıb, ölən və itkin düşənlər var
Story Code : 1130175
"Report"un "Kyodo" agentliyinə istinadən məlumatına görə, bu barədə ölkənin müdafiə naziri Minoru Kihara mətbuat konfransında bildirib.
Helikopterlər İzu adaları ərazisində patrul təlimlərində iştirak ediblər. Aprelin 20-də, şənbə günü axşam saatlarında onlarla əlaqə kəsilib. Hər helikopterin göyərtəsində dörd heyət üzvü olub.