QR CodeQR Code

KİV: İran işğalçı İsrailin nüvə mərkəzini vura bilər

إسلام تايمز , 20 Apr 2024 11:56

IslamTimes - İran işğalçı İsrailin yanlış bir addım atacağı təqdirdə bu hücuma cavab olaraq Dimonadakı nüvə tədqiqat mərkəzini vura bilər.


Bu barədə İranın dövlət telekanalı "Press TV" hərbi ekspertlərə istinadən məlumat yayıb.

İranın işğalçı İsrailə hücumu zamanı buraxdığı raketlər və pilotsuz uçuş aparatları sionist rejimin çoxsəviyyəli hava hücumundan müdafiə sistemini aşaraq Negev səhrasındakı Dimona nüvə tədqiqat mərkəzi yaxınlığında yerləşən hərbi obyektləri vurub. İsrail özü belə İran raketlərinin ən azı 9-nun Dəmir Qübbə Havadan Müdafiə Sistemini yararaq İsraildəki hədəfi məhv etdiyini etiraf edir.

Hərbi ekspertlərin fikrincə, Tehran istəsə Dimonadakı mərkəzə hücum edə bilər. Bu, yalnız işğalçı İsrail tərəfindən təhlükə yarandıqda baş verə bilər və özünümüdafiə məqsədilə həyata keçiriləcək.

 


Story Code: 1129923

News Link :
https://www.islamtimes.org/az/news/1129923/kiv-iran-işğalçı-israilin-nüvə-mərkəzini-vura-bilər

Islam Times
  https://www.islamtimes.org