0
Monday 18 March 2024 - 09:46

Suriya XİN-in rəhbəri Qərbin sanksiyalarının səbəbini açıqlayıb

Story Code : 1123316
Suriya XİN-in rəhbəri Qərbin sanksiyalarının səbəbini açıqlayıb
"Report"un SANA agentliyinə istinadən məlumatına görə, bunu Dəməşqdə BMT Baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Qeyr Pedersen ilə danışıqlar aparan Ərəb Respublikasının xarici işlər naziri Feysəl Miqdad deyib.

“Suriyalıların davam edən əzablarının səbəbi ABŞ və onun Qərb müttəfiqlərinin qeyri-insani sanksiyalarıdır”, - xarici işlər naziri deyib. “Bu məhdudiyyətlərin nəticələri fəlakətlidir”, - o vurğulayıb.

Miqdad BMT Təhlükəsizlik Şurasını Qərbin Dəməşqə qarşı sanksiyalarını ləğv etməyə çağırıb.

Pedersen öz növbəsində, “Suriyanın suverenliyinə və birliyinə hörmətin, eləcə də onun ərazisində təhlükəsizliyin və sabitliyin bərpasının vacibliyini” vurğulayıb. “Al Hadath” telekanalının məlumatına görə, emissar Miqdadla görüşdən sonra jurnalistlərə deyib ki, o, aprelin sonunda Cenevrədə keçirməyi planlaşdırdığı Suriya Konstitusiya Komitəsinin 9-cu raunduna hazırlıqları müzakirə edib.
Comment