QR CodeQR Code

Hizbullah bir gündə İsrailin 5 bazasına raket zərbəsi endirdi

SaharTV , 13 Mar 2024 16:12

İslamtimes -Sionist hərbçilər atəş altında


Livan Hizbullahı işğal olunmuş Fələstin torpaqlarının şimalında sionist rejim ordusunun beş bazasına raket hücumu edib.
Əl-Cəzirə telekanalının məlumatına görə, Livan Hizbullahı sionist işğalçıların Əl-Cərdah, Cəll əl-Əlam, Hədb Yarin, Zariit və Bərkə Rişadakı hərbi bazalarını raket hücumları ilə hədəfə alıb.
Bu raket hücumundan sonra Livanla sərhədə yaxın Yuxarı Qaliley bölgəsinin əksəriyyətində həyəcan siqnalı çalınıb.
Livan Hizbullahı həmçinin elan edib ki, onun döyüşçüləri işğal olunmuş Fələstinlə sərhəd bölgələrdə sionistlərin PUA-sına atəş açaraq onu işğal olunmuş ərazilərə geri çəkilmək məcburiyyətində qoyub.
 


Story Code: 1122302

News Link :
https://www.islamtimes.org/az/news/1122302/hizbullah-bir-gündə-israilin-5-bazasına-raket-zərbəsi-endirdi

Islam Times
  https://www.islamtimes.org