QR CodeQR Code

İşğalçı İsrailin ən böyük hava limanı VURULDU

12 Mar 2024 11:25

IslamTimes - İraq İslami Müqavimət təşkilatı Qəzzada müsəlmanların qətliam edilməsinə cavab olaraq işğalçı İsrail rejiminin ən böyük hava limanı olan Ben Qurionu hədəf alıb.


"Unikal" xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.

"Düşmən hədəflərinə hücumlarımız Qəzzadakı qardaşlarımıza dəstək olaraq sionist işğalına qarşı əməliyyatlarımızın ikinci mərhələsində davam edəcək", - mətbuatda qeyd olunub.  

Digər tərəfdən, hücumla bağlı sionist rejimdən açıqlama verilməyib.

Müqavimət Qüvvələri Qəzzada dinc sakinlərə qarşı soyqırımı törədilməsindən sonra müxtəlif hədəflərə, o cümlədən ABŞ-ın Yaxın Şərqdəki bazalarına hücumlar təşkil edir.


Story Code: 1122025

News Link :
https://www.islamtimes.org/az/news/1122025/işğalçı-israilin-ən-böyük-hava-limanı-vuruldu

Islam Times
  https://www.islamtimes.org