QR CodeQR Code

Rusiya aviasiyası Suriyada silahlıların iki bazasını vurub

10 Mar 2024 11:59

IslamTimes - Rusiya Aerokosmik Qüvvələri Suriyada silahlıların iki bazasını məhv edib.


APA xəbər verir ki, bu barədə “Russia Today” agentliyi məlumat yayıb.

“Rusiya Aerokosmik Qüvvələrinin İdlib vilayətinin Basankul və Aşhani-Tahtani yaşayış məntəqələri ərazilərinə endirdiyi zərbələr nəticəsində Suriya hökumət qüvvələrinin mövqelərinə təxribat xarakterli hücumlarda iştirak edən silahlıların iki bazası məhv edilib”, - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, silahlılar Suriya ordusunun mövqelərinə gün ərzində bir dəfə zərbə endiriblər.


Story Code: 1121567

News Link :
https://www.islamtimes.org/az/news/1121567/rusiya-aviasiyası-suriyada-silahlıların-iki-bazasını-vurub

Islam Times
  https://www.islamtimes.org