QR CodeQR Code

Livan Hizbullahı: Axmaqlıq etsəniz, 33 günlük müharibənin təkmilləşdirilmiş versiyası ilə qarşılaşacaqsınız

5 Mar 2024 23:53


Livan Hizbullahının baş katibinin müavini bildirib ki, fələstinlilərin Əl-Əqsa Tufanı əməliyyatına başlamaq üçün qanuni baxımdan haqqı var idi. Nəim Qasim Tel-Əvivi Livan torpağına qarşı hər hansı bir “ağılsızlıqdan” da çəkindirərək bildirib ki, əks halda sionist rejim 33 günlük müharibənin uğursuzluğunu təkrarlamış olacaq!

Nəim Qasim Livanda keçirilən Müqavimət Alimləri Dərnəyinin 6-cı Konfransında çıxışı zamanı deyib:

“Biz haqsızlığa qarşı səsimizi ucaltmaq, təkəbbürə qarşı şərəfli müqaviməti dəstəkləmək və onu aydın şəkildə dünyaya çatdırmaq üçün toplaşırıq. İsrailin bu təcavüzü soyqırım sərhəddinə çatıb...
Əfsanəvi dəyanətlə müşayiət olunan bütün bu əzab və çətinliklərin qələbəyə aparacağına əminik. Fələstin Müqavimətinin haqlı olmasında heç bir şəkk-şübhə yoxdur. 75 ildir davam edən bu işğal yalnız müqavimətlə aradan qaldırıla bilər..."


Story Code: 1120545

News Link :
https://www.islamtimes.org/az/news/1120545/livan-hizbullahı-axmaqlıq-etsəniz-33-günlük-müharibənin-təkmilləşdirilmiş-versiyası-ilə-qarşılaşacaqsınız

Islam Times
  https://www.islamtimes.org