QR CodeQR Code

Husilər hücumda ilk dəfə sualtı aparatdan istifadə etdi

19 Feb 2024 01:35

IslamTimes - ABŞ ordusu husilərin ilk dəfə sualtı pilotsuz aparatdan istifadə etdiyini aşkar edib.


Axar.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı X sosial şəbəkəsində məlumat yayıb.

Komandanlığın məlumatına görə, ABŞ ordusu husilərə məxsus bir pilotsuz sualtı, həmçinin bir pilotsuz suüstü gəmiyə beş zərbə endirib.

“Bu, husilərin oktyabrın 23-də hücumlar başlayandan bəri sualtı pilotsuz aparatdan istifadəsi ilə bağlı müşahidə edilən ilk hadisədir”, - deyə məlumatda bildirilib.


Story Code: 1117108

News Link :
https://www.islamtimes.org/az/news/1117108/husilər-hücumda-ilk-dəfə-sualtı-aparatdan-istifadə-etdi

Islam Times
  https://www.islamtimes.org