QR CodeQR Code

Misir işğalçı İsrailə xəbərdarlıq etdi

12 Feb 2024 05:00

IslamTimes - Misir Qəzza zolağının cənubundakı Rəfah şəhərinə qoşun yeridəcəyi təqdirdə işğalçı İsraillə “Kemp-Devid” sazişini poza bilər.


Bu barədə Misir rəsmiləri məlumat yayıblar.

“Sionist rejimin baş naziri Benyamin Netanyahunun Rəfaha qoşun göndərilməsinin zəruri olduğunu söyləməsindən sonra “Kemp Devid” sazişini dayandırmaq təhlükəsi yaranıb”, - məlumatda bildirilir.

Qeyd edək ki, “Kemp-Devid” sazişi 1979-cu ildə Misir və işğalçı İsrail arasında imzalanmış sülh müqaviləsidir. Bundan əvvəl, qondarma İsrail rejimi yaranandan bəri iki ölkə müharibə vəziyyətində olub.


Story Code: 1115604

News Link :
https://www.islamtimes.org/az/news/1115604/misir-işğalçı-israilə-xəbərdarlıq-etdi

Islam Times
  https://www.islamtimes.org