0
Wednesday 7 February 2024 - 11:28

İşğalçı İsrail bu dəfə Suriyada mülki vətəndaşları qətlə yetirdi

Story Code : 1114534
İşğalçı İsrail bu dəfə Suriyada mülki vətəndaşları qətlə yetirdi
"Unikal" xəbər verir ki, bu  barədə Suriyanın xəbər agentliyi SANA məlumat yayıb.

Bildirilir ki, işğalçı İsrail qüvvələri hava hücumu ilə Hums şəhərinin mərkəzi və çöldəki bəzi məntəqələri hədəf alınıb.

"Havadan müdafiə sistemlərimiz düşmən raketlərini ələ keçirərək bəzilərini vurub. Hücum zamanı bir neçə mülki vətəndaş həyatını itirib. Maddi dağıntılarla yanaşı yaralananlar da olub",-  KİV qeyd edib.

Hücumla bağlı sionist rejim tərəfindən heç bir açıqlama verilməyib.
Comment