QR CodeQR Code

Səudiyyə İsrailə səsləndi

إسلام تايمز , 4 Feb 2024 21:26

IslamTimes - Səudiyyə Ərəbistanının müdafiə naziri sionist rejimin Qəzzəyə qarşı təcavüzünün dərhal dayandırılmasını tələb edib.


Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid bin Salman bəzi İslam ölkələrinin terrorla mübarizə üzrə hərbi alyansının Ər-Riyad şəhərində keçirilən iclasında çıxışı zamanı deyib: "İsrailin Fələstin xalqına qarşı təcavüzünün davam etməsi bu koalisiyaya üzv dövlətlərdən İsrailin Qəzza zolağı və İordan çayının qərb sahilindəki pozuntularını pisləmək üçün vahid mövqe yaratmasını tələb edir".

Səudiyyə Ərəbistanının “WAS” xəbər agentliyinin xəbərinə görə, Xalid bin Salman bu hücumların davam etdiyinə işarə edərək, bu təcavüzlərin dərhal dayandırılmasını tələb edib.


Story Code: 1113920

News Link :
https://www.islamtimes.org/az/news/1113920/səudiyyə-israilə-səsləndi

Islam Times
  https://www.islamtimes.org