0
Thursday 25 January 2024 - 09:46

İşğalçı ABŞ-ın İraq və Suriyadakı hərbi bazalarına hücum edilib

Story Code : 1111409
İşğalçı ABŞ-ın İraq və Suriyadakı hərbi bazalarına hücum edilib
“İraq İslami Müqaviməti” hərəkatı işğalçı ABŞ-ın İraq və Suriyadakı üç hərbi bazasına hücumlar etdiyini açıqlayıb.

APA-nın məlumatına görə, bu barədə hərəkatın "Telegram" kanalında bildirilib.

Məlumata əsasən, hücumlar İraqın Ənbar vilayətindəki, eləcə də Ərbil beynəlxalq hava limanı ərazisi və Suriyanın Deyr əz-Zor əyalətindəki Koniko qaz yatağı ərazisində yerləşdirilən bazalar istiqamətində həyata keçirilib.

Hazırda hücumların mümkün zərərləri barədə məlumat verilməyib.
Comment