0
Wednesday 17 January 2024 - 10:36

ABŞ Suriyadakı hərbi bazasını boşaldır

Story Code : 1109639
ABŞ Suriyadakı hərbi bazasını boşaldır
Teleqraf.com xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyi mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, bazada 350-yə yaxın amerikalı hərbçi yerləşdirilib. O, Əl-Kamışlı hava limanından 4 km aralıda yerləşir və ABŞ-nin Suriyadakı strateji əhəmiyyətli bazalarından biridir.

Qeyd edək ki, yanvarın 9-da ABŞ ordusunun sözçüsü Patrik Rayder bildirib ki, 2023-cü il oktyabrın 17-dən İraq və Suriyadakı ABŞ qüvvələri 127 dəfə hücuma məruz qalıb. Bunlardan 52-si ABŞ-ın İraqdakı bazalarına, 75-i isə Suriyadakı bazalara qarşı olub.
Comment