0
Tuesday 16 January 2024 - 19:47

İran terror qruplaşmalarının qərargahlarını məhv etdi

Story Code : 1109508
İran terror qruplaşmalarının qərargahlarını məhv etdi
Axar.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Məlumata əsasən, raket zərbələri Cəbəl Əl-Samaq bölgəsində, Haram şəhəri ətrafında Türküstan İslam Partiyasının Suriyadakı qərargahı və İdlibin digər ərazilərini hədəf alıb.

Sözügedən qruplaşmaların təlim bazaları, logistik dəstək qərargahı və tibb mərkəzi vurulub. Türküstan İslam Partiyasının əsas qərargahı da məhv edilib.

Qeyd edək ki, Türküstan İslam Partiyası Suriyada vətəndaş müharibəsində hərbi iştirakı olan təşkilatdır. Təşkilatın Çin, Əfqanıstan, Pakistan və Suriyada qolları fəaliyyət göstərir.
Comment