QR CodeQR Code

“İraq İslam Müqaviməti” işğalçı ABŞ-ın Suriyadakı bazasına zərbələr endirdi

13 Jan 2024 04:02

IslamTimes - "İraq İslam Müqaviməti" Suriyanın şimal-şərqindəki Deyr əz-Zor əyalətindəki Koniko qaz yatağı yaxınlığındakı ABŞ hərbi bazasına raket zərbəsi endirib.


Teleqraf.com xəbər verir ki, bu barədə “Al-Mayadeen” telekanalı məlumat yayıb.

İtki və zərər barədə məlumat verilmir.

ABŞ ordusunun sözçüsü Patrick Ryder çərşənbə axşamı bildirib ki, ABŞ qüvvələri İraq və Suriyada 2023-cü il oktyabrın 17-dən bəri 127 dəfə hücuma məruz qalıb. Bunlardan 52-si ABŞ-ın İraqdakı bazalarına, 75-i isə Suriyadakı bazalarına olub.

Bundan əvvəl şiə milislər “Telegram” kanallarında yaydıqları bəyanatda ABŞ-a Suriya və İraqda silahlı əməliyyatların sayını artıracaqları barədə xəbərdarlıq etmişdilər.


Story Code: 1108741

News Link :
https://www.islamtimes.org/az/news/1108741/iraq-islam-müqaviməti-işğalçı-abş-ın-suriyadakı-bazasına-zərbələr-endirdi

Islam Times
  https://www.islamtimes.org