0
Thursday 7 December 2023 - 12:37

Putinin fotoları müzakirə yaratdı - Ancaq gülümsəyir...

Story Code : 1101032
Putinin fotoları müzakirə yaratdı - Ancaq gülümsəyir...
Teleqraf.com xəbər verir ki, “Associated Press” səfərin Ukraynada müharibə davam edərkən Rusiyanın Yaxın Şərqdə vasitəçi kimi nüfuzunu yüksəltmək məqsədi daşıdığını yazır.

AFP də Putinin ziyarətini Moskvanın qlobal səhnədə öz çəkisini bərpa etməyə çalışdığı bir vaxtda “nadir səfər” adlandırıb.

Yaxın Şərqdə nüfuzunu gücləndirməyə çalışan Rusiya lideri ikinci dayanacağı Səudiyyə Ərəbistanında kameralar önündə gülümsəyirdi. Rusiya agentliklərinin bununla bağlı Səudiyyə sarayından yayımladığı fotoları müzakirə mövzusuna çevrilib.

Putinin şəkillərdə əks olunan xoşbəxtliyi onun ABŞ diplomatiyasının Qəzzadakı uğursuzluğuna təpkisi və Vaşinqtona meydan oxuması kimi şərh edilir.
Ətraflı

Səudiyyədəki görüşləri zamanı Putinlə şahzadə Məhəmməd bin Salmanın səmimi əl sıxması diqqətdən yayınmayıb.

G-20-nin Argentinada keçirilən sammitində də Salman və Putinin kameralar önündəki davranışları müzakirə edilmişdi. Sammitdə yan-yana oturan iki lider tez-tez bir-birinə gülmsəmişdi.
Comment