QR CodeQR Code

Cənubi Koreya Səudiyyə ilə 15,6 milyard dollarlıq sənəd imzalayacaq

23 Oct 2023 08:23

IslamTimes - Cənubi Koreya Prezidenti Yun Sok Yolun krallığa səfəri zamanı Koreya Respublikası və Səudiyyə Ərəbistanı arasında 15,6 milyard dollar dəyərində 51 anlaşma memorandumunun imzalanması planlaşdırılır.


Teleqraf.com xəbər verir ki, bu barədə "Yonhap" agentliyi Cənubi Koreya liderinin ofisinə istinadən məlumat yayıb.

Memorandumlar oktyabrın 22-23-də Ərəbistanda investisiya forumu və ölkələr arasında tikinti sahəsində əməkdaşlığın 50 illiyi mərasimi zamanı imzalanacaq. Sənədlər müxtəlif sənaye sahələrini, o cümlədən neft ticarəti, hidrogen enerjisi və qida sahələrini əhatə edir. Statistika idarələri arasında da memorandum imzalanacaq.


Story Code: 1090460

News Link :
https://www.islamtimes.org/az/news/1090460/cənubi-koreya-səudiyyə-ilə-15-6-milyard-dollarlıq-sənəd-imzalayacaq

Islam Times
  https://www.islamtimes.org