QR CodeQR Code

Bin Salman və İbrahim Rəisi Fələstini müzakirə etdi

إسلام تايمز , 12 Oct 2023 13:16

IslamTimes - İran Prezidenti İbrahim Rəisi ilə Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman telefonda Fələstin və işğalçı İsrail rejimi arasındakı durumu müzakirə edib.


İran prezidentinin müavini Məhəmməd Cəmşidi görüşün məzmunu ilə bağlı açıqlama verib.

İbrahim Rəisi ilə Salman arasında 7 ildən sonra, Tehranla Ər-Riyad arasında münasibətlərin bərpasından sonra ilk dəfə baş tutan 45 dəqiqəlik telefon danışığında Fələstindəki vəziyyət müzakirə olunub. Hər iki tərəf işğalçı İsrailin Qəzzədə bilərəkdən dinc sakinləri bombalaması sərt şəkildə qınanıb və Fələstinə dəstək nümayiş etdirilib.

Telefon danışığı zamanı Qəzzada mülki insanları qətliam edən işğalçı İsrail rejiminə ABŞ-ın və digər Qərb ölkələrinin verdiyi dəstək tənqid olunub.

 


Story Code: 1087899

News Link :
https://www.islamtimes.org/az/news/1087899/bin-salman-və-ibrahim-rəisi-fələstini-müzakirə-etdi

Islam Times
  https://www.islamtimes.org