QR CodeQR Code

Yazdığı statusa görə edam ediləcək - Tarixdə ilk

3 Sep 2023 00:54

IslamTimes - Səudiyyə Ərəbistanında “X” sosial şəbəkəsində (Keçmiş “Twitter”) hökuməti tənqid edən yazılar paylaşan Mohammad Alqhamdi adlı müəllim edam cəzasına məhkum edilib.


“Unikal” xarici mediaya istinadən xəbər verir ki, bununla da tarixdə ilk dəfə bir şəxsin sosial şəbəkədəki paylaşımlarına görə ölüm cəzasına məhkum edildiyi qeydə alınıb. Səudiyyə hökumətinin X-də istifadəçilərin məlumatlarını necə əldə etdiyi məlum deyil. Digər hallarda səudiyyəli istifadəçilərin şəxsiyyətlərinin hökumətə sızdırıla biləcəyi və onların da uzun müddətə həbs oluna biləcəyi qeyd edilir.

Xatırladaq ki, daha əvvəl FTB-nin şikayəti və ABŞ-da federal araşdırma nəticəsində keçmiş “Twitter” əməkdaşı rüşvət qarşılığında məxfi istifadəçi məlumatlarını Səudiyyə hökumətiə satmaqda təqsirli bilinib.


Story Code: 1079617

News Link :
https://www.islamtimes.org/az/news/1079617/yazdığı-statusa-görə-edam-ediləcək-tarixdə-ilk

Islam Times
  https://www.islamtimes.org