QR CodeQR Code

Yəmən şəhərlərində Ğədir-Xum bayramı milyonların iştirakı ilə keçirilib

Sizinyol , 8 Jul 2023 11:21

İslamtimes -Yəmənin onlarla şəhəri Ğədir-Xum bayramında milyonlarla insanın iştirakına səhnə olub.


Milyonlarla yəmənli cümə axşamı bu ölkənin müxtəlif şəhərlərində əsas meydanlara toplaşaraq möhtəşəm Ğədir-Xum bayramı mərasimini qeyd edib.
Əl-Məsirə kanalının internet saytının məlumatına görə, bu böyük bayramda iştirak edənlər kollektiv şəkildə ilahilər oxuyarkən, Yəmənin tam azad edilməsinə qədər Amerika, sionist rejim və Səudiyyə koalisiyası ilə mübarizənin davam etdirilməsinə uyğun şüarlar səsləndiriblər.
Səna əyalətinin müxtəlif şəhərləri, həmçinin, Milli Qurtuluş Hökumətinin nəzarəti altında olan Əl-Hədidə, Əl-Məhəvit, Səədə, İb, Əz-Zale, Zimar, Əl-Cəvf, Hiccəh, Rimə, Əl-Beyza, Mərib və İmran əyalətləri bu böyük mərasimə şahidlik edib.
Onnan öncə ki gecə də Sənanın səması atəşfəşanlıq və gecə şənliyinə şahid olub, avtomobillərin yaşıl çıraqlı korteji də şəhərin küçələrinə xüsusi gözəlik bağışlayıb. Yəmən inqilabının lideri Seyid Əbdülməlik Əl-Husi də çıxış edib.
2015-ci ildən etibarən hər il keçirilən bu mərasim son illərdə xüsusi təmtəraqla keçirilir və Yəmən şəhərlərində həzrət Əli (ə) və onun ailəsinə məhəbbətlə dolu bir atmosfer yaradır.


Story Code: 1068308

News Link :
https://www.islamtimes.org/az/gallery/1068308/1/yəmən-şəhərlərində-ğədir-xum-bayramı-milyonların-iştirakı-ilə-keçirilib

Islam Times
  https://www.islamtimes.org