Xəbərnaməni əldə etmək üçün e-mail ınızı daxil edin.
 
 
Nəşr tarixi : Saturday 17 March 2018 - 00:34
Share/Save/Bookmark
Azərbaycan İran ilə viza rejimini sadələşdirəcək
Azərbaycan İran ilə viza rejimini sadələşdirəcək
 
 
İslamtimes - Azərbaycan İran vətəndaşları üçün viza rejimini sadələşdirməyə hazırdır.
 
Azərbaycan İran vətəndaşları üçün viza rejimini sadələşdirməyə hazırdır. Bu barədə İran XİN rəhbəri Cavad Zərif bildirib. Onun sözlərinə görə, viza verilməsi prosesi sadələşdiriləcək və iranlılar Bakı aeroportunda viza ala biləcəklər.

Bu barədə o, Bakıda Azərbaycan, Türkiyə, Gürcüstan, İran XİN rəhbərlərinin dördtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

Azərbaycan, Türkiyə, Gürcüstan, İran arasında mədəni, tarixi, cografi əlaqələrin olmasına toxunan C.Zərif deyib: "Bu oxşarlıq dörd ölkəni bir-birilə bağlayır və bizim əməkdaşlığımız regionda sülh və sabitliyin bərqərarına gətirib çıxaracaq".

Xatırladaq ki, İran da Türkiyə kimi bir neçə il öncə Azərbaycanla viza rejimini ləğv edib. Azərbaycan isə bəzi kateqoriyaya aid şəxslər istisna olmaqla, bu ölkələrlə viza rejimini ləğv etməyib. (Turan)
 
Mənbə : İslamazeri
Materialın kodu: 712004