Xəbərnaməni əldə etmək üçün e-mail ınızı daxil edin.
 
 
Nəşr tarixi : Tuesday 13 February 2018 - 20:44
Share/Save/Bookmark
Netanyahu: “İordan çayının qərbinin ilhaqını ABŞ-la müzakirə edirik”
Netanyahu: “İordan çayının qərbinin ilhaqını ABŞ-la müzakirə edirik”
 
 
IslamTimes - Sionist İsrail rejiminin baş naziri Binyamin Netanyahu işğal altındakı İordan çayının qərb sahilinin ilhaqı məsələsini ABŞ rəhbərliyi ilə müzakirə etdiyini bildirib.
 
Deyerler.org Yaxın Şərq KİV-lərinə istinadən xəbər verir ki, sionist rejimin Nazirlər Kabinetinin mətbuat ofisindən verilən məlumata əsasən, Netanyahu fevralın 12-si sədri olduğu Likud Partiyasının deputatları ilə keçirdiyi görüşdə bu açıqlamanı verib: “(İordan çayının qərb sahilində) Suverenliyin təmin olunması məsələsini bir müddətdir amerikalılar ilə müzakirə etdiyimi bildirmək istəyirəm. Bu məsələdə aşağıdakı prinsipləri təqib edirik. Birinci, amerikalılar ilə koordinasiyadır, çünki onlar ilə əlaqəmiz İsrail rejimi və məskunlaşmalarımız üçün strateji bir mənfəətdir. İkinci olaraq, bu fərdi yox, bir hökumət təşəbbüsü olmalıdır, çünki tarixi bir həmlədir”.

 
 

 
İsrail rejiminin mətbuatında gedən xəbərlərə əsasən, Ağ Evin sözçüsü Coş Raffel isə, Vaşinqtonun İsrail rejimi ilə İordan çayının qərb sahilindəki məskunlaşma yerlərinin ilhaqını müzakirə etməsi ilə bağlı xəbərləri təkzib edib. Raffel İsrail rejimi və Amerikanın belə bir təklifi heç danışmadığını bildirərək, ABŞ prezidentinin bütün diqqətini İsrail rejimi-Fələstin arasında yeni bir sülh təşəbbüsünə istiqamətləndirdiyini bildirib.

 
 

 
Xatırladaq ki, keçən ilin sonunda Likud Partiyasının Mərkəzi Komitəsi Knessetə İordan çayının qərb sahilinin İsrail rejiminə ilhaq edilməsi istiqamətində bir qanun layihəsini təqdim edib.

 
 
 
Materialın kodu: 704642