Xəbərnaməni əldə etmək üçün e-mail ınızı daxil edin.
 
 
Nəşr tarixi : Tuesday 13 February 2018 - 10:32
Share/Save/Bookmark
CAR-da hakim partiya prezidentə postunu tərk etmək üçün 48 saat vaxt verib
CAR-da hakim partiya prezidentə postunu tərk etmək üçün 48 saat vaxt verib
 
 
IslamTimes - Cənubi Afrika Respublikasının hakim Milli Konqres Partiyası ölkə prezidenti Ceykob Zumaya postunu tərk etmək üçün 48 saat vaxt verib.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, partiyanın lideri Siril Ramafosa dövlət başçısının iqamətgahına gələrək partiyanın qərarını C.Zumaya açıqlayıb.  

Müxalifət 2014-cü ildən C.Zumanı dövlət büdcəsindən böyük məbləğdə vəsaiti mənimsəməkdə günahlandırılır. Prezident ona qarşı irəli sürülən ittihamları rədd edir.

Qeyd edək ki, Ceykob Zumanın prezident postunda səlahiyyətlərinin müddəti 2019-cu ildə başa çatır.
 
Materialın kodu: 704469