Xəbərnaməni əldə etmək üçün e-mail ınızı daxil edin.
 
 
Nəşr tarixi : Monday 12 February 2018 - 19:12
Share/Save/Bookmark
Azərbaycan, Rusiya və İran martda... - Ermənistan üçün KABUS
Azərbaycan, Rusiya və İran martda... - Ermənistan üçün KABUS
 
 
IslamTimes - “Fevralın 8-də yüklənmiş 6 vaqondan ibarət birinci test qatarı Rusiyadan dəmiryolla İrana qədər çatdı. Astara (İran) – Astara (Azərbayan) dəmir yolunun bu ilin martında tammiqyaslı işə düşməsi gözlənilir”.
 
Publika.az xəbər verir ki, bu fikirlər erməni yazar Sərkis Artsruninin 1in.am saytında dərc olunan məqaləsində yer alıb.

Erməni yazar qeyd edir ki, dəmir yolunun işə düşməsi sayəsində, faktiki olaraq, Rusiya, Azərbaycan və İranın dəmir yolu sistemləri inteqrasiya olur. İranın IRNA informasiya agentliyinə istinad edən yazıda bildirilir ki, Bakı, Moskva və Tehran hazırda sərnişin qatarlarının işə salınması üzrə aktiv danışıqlar aparır.

“İran dəmir yolunun beynəlxalq işlər üzrə baş direktoru Abbas Nəzəri bildirib ki, regionun bütün ölkələri artıq üçtərəfli dəmir yolu proqramı haqqında xəbərdar edilib. O, deyib ki, Avropa ölkələri Astara–Astara dəmir yolu dəhlizinə böyük maraq göstərir, çünki onların malları Fars körfəzi və Hindistana çatdırıla bilər”, - Artsruni yazıb.

Müəllif qeyd edir ki, beləliklə, regionda Azərbaycan, İran və Rusiyanın iştirakı ilə yeni perspektivli əməkdaşlıq platforması formalaşır və üç ölkənin prezidentlərinin vaxtaşırı keçirdiyi sammitlərlə güclənir.

“Bu layihədə mərkəzi rolu Azərbaycan oynayır və daha çox Ermənistanın siyasi və iqtisadi təcridinə yönəlib. Bakıda rəsmi dairələr gizlətmirlər ki, “Şimal-Cənub” layihəsi yalnız iqtisadi deyil, həm də siyasi kontekstdə onlar üçün cəzbedicidir, çünki Ermənistan regional əməkdaşlıqdan kənarda saxlanılır. Diqqətəlayiqdir ki, belə qlobal proqramlar mütəmadi olaraq İran üçün Ermənistanın önəmini azaldır və faktiki olaraq Tehran Avropa və Rusiya bazarları çıxışının təminatı üçün alternativlərini Azərbaycan ərazilərində tapır...”

Müəllif qeyd edir ki, digər tərəfdən isə Ermənistan üçün formalaşan vəziyyət onun Qarabağ siyasətindəki iflasını üzə çıxarır: “Status-kvonun dəstəklənməsi siyasəti, əslində, qeyri-rasionaldır. Belə ki, status-kvo təkcə ön cəbhədə formalaşan balans yox, həmçinin Ermənistan və Azərbaycanın iqtisadi inkişaf göstəriciləri, demoqrafik statistikasının müqayisəsidir. Qarabağ münaqişəsinin mövcudluğu, bağlı sərhədlər Ermənistanın Rusiyadan asılılığını artırır və iqtisadiyyat boğulur. Bu kontekstdə Azərbaycan faktiki olaraq, bütün regional layihələrin əsas aktyoruna çevrilir və bu da iki ölkənin iqtisadiyyatının Ermənistanın xeyrinə olmayan formada qeyri-bərabər inkişafına gətirib çıxarır”.

Müəllif qeyd edir ki, Azərbaycana gələn milyardlarla dollar boşaldılan Ermənistan üçün təhlükə olacaq.

“Ermənistan hökumətinin effektiv siyasət göstəriciləri danışıqlar prosesinin uzadılması yox, konfliktin rasional kompromislər əsasında həll edilməsi olmalıdır. Vaxt gözləmir, o, Ermənistana qarşı işləyir. Danışıqlar prosesindən maksimum qazancla çıxmaq üçün vəziyyəti ayıq şəkildə qiymətləndirmək lazımdır”, - o yekunlaşdırıb.
 
Materialın kodu: 704332