Xəbərnaməni əldə etmək üçün e-mail ınızı daxil edin.
 
 
Nəşr tarixi : Monday 12 February 2018 - 18:25
Share/Save/Bookmark
Rəhbər: Məsullar bu misilsiz hadisənin qədrini bilsinlər!
Rəhbər: Məsullar bu misilsiz hadisənin qədrini bilsinlər!
 
 
Ölkə başçıları fədakarlıqda xalqdan geri qalmamalıdır...
 
Cənab Rəhbər Ayətullah Xamenei 22 Bəhmən nümayişində xalqın fədakarlığı ardınca müraciət ünvanlayıb. Müraciətdə deyilir:

 
Bismillahir-Rəhmanir-Rəhim

Əziz və başıuca İran xalqı! Bu gün sizin iradəniz və bəsirətiniz böyük və heyrətamiz hadisə yaratdı. Dəqiq hesabat aparanların nəzərincə, sizin bugünkü nümayişiniz əvvəlki illərdən izdihamlı və hərarətli oldu. Bu nümayişin əzəməti biganələrə, düşmənlərə və sözü üzərində dayana bilməyənlərə qəti və sarsıdıcı cavab oldu. Düşmən İran və iranlılar haqqında öz naqis və puç təsəvvürü ilə bütün təbliğat gücünü və səyini istiqamətləndirmişdi ki, builki 22 Bəhməni təravətdən salsın, imkan olsa dağıdıcı tədbirə çevirsin. Siz inqilabın canlı və təravətli olduğunu onlara nümayiş etdirdiniz, İmamın (r) ideallarına sədaqətinizi öz şüarlarınızla, öz şövqlü iştirakınızla, uca səslə ortaya qoydunuz. İran xalqının fəryadı düşməni geri oturdur, möhkəm iradəsi düşmənin yanlış arxayınlığını alt-üst edir. Ölkə başçıları, məsullar bu misilsiz hadisənin qədrini bilsinlər, mükəmməl ardıcıllıqla, inqilabi ruhiyyə ilə və cihadlı əməllə əziz xalqa xidmət göstərsinlər, inqilabın ideallarını müdafiə etsinlər. Gələcək ayıq və bəsirətli xalqımızındır. Biz məsullar çalışmalıyıq ki, xalqdan geridə qalmayaq.

Əsla süstləşməyin və pərişan olmayın. İmanda sabit olsanız, dünyanın qalib və yüksəkdə dayanan xalqısız... (Ali-İmran, 139)

Vəssəlamu ələykum və rəhmətullah

 
22 bəhmən, 1396

 
Seyid Əli Xamenei
 
Materialın kodu: 704313