Xəbərnaməni əldə etmək üçün e-mail ınızı daxil edin.
 
 
Nəşr tarixi : Monday 12 February 2018 - 18:16
Share/Save/Bookmark
Binali Yıldırım: “ABŞ-ın ağlını başına yığması lazımdır”
Binali Yıldırım: “ABŞ-ın ağlını başına yığması lazımdır”
 
 
IslamTimes - “ABŞ-ın ağlını başına yığması lazımdır”.
 
Türkiyənin NTV telekanalı xəbər verir ki, bunu Türkiyənin baş naziri Binali Yıldırım Afrində keçirilən “Zeytun budağı” antiterror əməliyyatı barədə danışarkən deyib.

 
“Heç bilr bazarlıq etməyəcəyik. Afrini terrorçulardan təçmizləyəcəyik. “Fərat qalxanı” ilə Münbic-Azez arasını terrordan təmizlədiymiz kimi Afrini də terrorçu qruplaşmalardan xilas edəcəyik. Terror bizim üçün ən təhlükəli bəladır. Amerikanın ağlını başına yığması lazımdır. Baş verənlərin dövlət maraqları ilə uyğun gəlmədiyini görməzsiniz, o zaman biz terror təhlükəsini sona çatdırmaq üçün lazım olan addımları atarıq. Heç kimin icazəsinə ehtiyacımız yoxdur. Beynəlxaq hüququn bizə verdiyi bütün səlahiyyətlərdən axıradək istifadə edəcəyik”, - deyə baş nazir vurğulayıb.
 
Materialın kodu: 704308