Xəbərnaməni əldə etmək üçün e-mail ınızı daxil edin.
 
 
Nəşr tarixi : Thursday 1 February 2018 - 16:16
Share/Save/Bookmark
Alparslan Kuytulun vəqf və təşkilatlarının fəaliyyəti dayandırıldı
Alparslan Kuytulun vəqf və təşkilatlarının fəaliyyəti dayandırıldı
 
 
Islamtimes - Bir neçə gün öncə həbs olunmuş Türkiyənin tanınmış sünni alimi Alparslan Kuytulun vəqf və təşkilatlarının fəaliyyəti də dayandırılıb
 
İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, bir neçə gün öncə həbs olunmuş Türkiyənin tanınmış sünni alimi Alparslan Kuytulun vəqf və təşkilatlarının fəaliyyəti də dayandırılıb. Məlumata görə, "Furqan" adlı təşkilat və ona tabe olan qurumlar müvəqqəti olaraq fəaliyyətini dayandırıb.

Rəsmi açıqlamada bildirilir ki, Konstutusiyanın 33-cü, "Türk Mədəni Qanunu"nun 115-ci maddəsinə əsasən "Furkan Eğitim ve Hizmet Vakfı"nın bütün şöbə və təmsilçilikləri müvəqqəti olaraq fəaliyyəti dayandırılmışdır.

Hökümətyönlü medianın bildirdiyinə görə, Kuytula aid qurumların ofisində axtarışlar zamanı 100 min dollara yaxın Türk Lirəsi aşkar edilib.

İstintaq işi mediaya tam açıqlanmasada, Alparslan Kuytulun Afrinlə bağlı açıqlamasına görə, hədəfə tuş gəldiyi, lakin onun dediklərinin ayrı cür sosial mediada paylaşıldığı bildirilir. Furqan təşkilatının tvitterdə buna qarşı kampaniyaya başlaması diqqətdən yayınmayıb.
 
Mənbə : Islamazeri
Materialın kodu: 701432