Xəbərnaməni əldə etmək üçün e-mail ınızı daxil edin.
 
 
Nəşr tarixi : Tuesday 30 January 2018 - 21:05
Share/Save/Bookmark
Nigeriya İslami Hərəkatı Şeyx Zəkzəkinin azadlığı üçün yeni aksiyaya başladı
Nigeriya İslami Hərəkatı Şeyx Zəkzəkinin azadlığı üçün yeni aksiyaya başladı
 
 
İslamtimes - Nigeriyada Şeyx İbrahim Zəkzəkinin qanunsuz həbsi davam edir. Terrorizm ittihamını rədd edən Nigeriya İslami Hərəkatı yeni bir aksiyaya start verib.
 
Deyerler.org İMNİG-ə istinadən xəbər verir ki, Nigeriyada İslami Hərəkatının mətbuat sözçüsü İbrahim Musa, hökumətin Şeyx Zəkzəki tərəfdarlarını terrorçu kimi tanıtmağa çalışdığını qeyd edib. İ.Musa 2015-ci ilin fəaliyyətlərinin, eləcə də dekabr ayındakı Zaria qətliamından etibarən həyata keçirdikləri aksiyaların dinc xarakterli olduğunu xatırladıb. Bunun heç vaxt dəyişməyəcəyini vurğulayıb və “Şeyx Zəkzəkiyə azadlıq!” aksiyasının getdikcə gücləndiyini deyib. Hökumətin insanları hərəkatdan uzaqlaşdırmaq üçün terrorizm damğası vurmağa çalışdığı qeyd edib.

Şeyx Zəkzəkinin azadlığa buraxılması üçün işlər də davam edir. Şeyx Zəkzəkinin tələbələri adından yazılan bir məktub da iqtidarda olan Xalq Konqresi Partiyasına göndərilib və Federal Ali Məhkəmənin qərarına tabe olaraq, şeyxin azadlığa buraxılması çağırışı edilib. Məktubun bir neçə həftə əvvəl yazılaraq, partiyaya göndərildiyi bildirilib və məhkəmənin qərarına tabe olmayacağı təqdirdə, gələcək seçkilərdə iştirak etməməsi üçün seçki mərkəzinə müraciət olunacağı qeyd olunub.

Nigeriya İslami Hərəkatı, həmçinin yeni bir aksiyaya da başlayıb. Narazı insanların Nigeriyanın prezidenti Muhəmmədu Buxariyə və ya yaşadıqları ölkələrdəki Nigeriyanın diplomatik korpuslarına müraciətlə Şeyxin azadlığa buraxılması və Nigeriyadan kənarda müalicə edilməsinə icazə verilməsini tələb edən elektron məktublar yazması istənilib. Aksiya səhifəsində əlaqədar ünvanlar üçün nümunə layihələri də dərc olunub.

Bu arada, Nigeriya xalqı yanvarın 29-u paytaxt Abucada “Şeyx Zəkzəkiyə azadlıq!” şüarı ilə növbəti mitinqini keçirib.
 
Mənbə : Deyerler
Materialın kodu: 700989