Xəbərnaməni əldə etmək üçün e-mail ınızı daxil edin.
 
 
Nəşr tarixi : Tuesday 30 January 2018 - 22:37
Share/Save/Bookmark
Təl Əvivdə məktəb direktoru fələstinli qızı qəhrəman adlandırdı, aləm qarışdı - ƏTRAFLI
Təl Əvivdə məktəb direktoru fələstinli qızı qəhrəman adlandırdı, aləm qarışdı - ƏTRAFLI
 
 
Islamtimes - İsrail əsgərləri tərəfindən həbs olunan gənc qız Əhəd-ət Təmimini Təl Əviv məktəblərinin birinin direktoru müdafiə edərək onu qəhrəman adlandırdı
 
İslamazeri.com xəbər verir ki, ilk dəfə olaraq 2012-ci ildə qardaşı işğalçı İsrail ordusunun əsgərləri tərəfindən həbs edilərkən müqavimət göstərib kiçik cüssəsi ilə təpədən-dırnağa qədər silahlanmış əsgərə yumruq atan, bu cəsur hərəkəti ilə dünyanın diqqətini çəkən, İstanbulda “Hanzala cəsarət mükafatı”na layiq görülən və ötən ilin axırıncı aylarında həbs olunan Əhəd-ət Təmimi nəinki Fələstində, İslam Dünyasında hətta İsrailin özündə belə qəhrəman adlandırılır. Buna sübut isə, bu günlərdə baş vermiş olaydı.

Belə ki, Təl Əviv "Alterman adına" məktəbin direktoru Ram Koen açıq aşkar fələstinli qızı - İsrail əsgərinə sillə vuran Əhəd-ət Təmimi müdafiə edib.

Sosial şəbəkələrdə yayılmış videoda o, Əhəd-ət Təmimini qəhrəman adlandırıb. İsrail mediası bu məsələyə xüsusi diqqət ayırıb. Təbii ki, medianın qeyri adi xəbəri olduğuna görə...

Koen sosial şəbəkə profilində "Əhəd-ət Təmimi qəhrəmandır. O nəinki fələstinlilərin, davam edən işğalı ədalətsizlik hesab edənlərin nəzərində qəhrəmandır. Bu cür şagirdinin olmasını bütün məktəb direktorları istəyər. Söhbət İordan çayının Qərb sahillərində İsrail varlığına qarşı çıxan mədəniyyət qəhrəmanından gedir. Hər millət öz qəhrəmanını dünyaya gətirir, Əhəd-Ət Təmimi də böyüyür, fələstinli qəhrəman olmaq üçün böyüyəcək - necəki tarixdə xalqımızın düşmənlərilə döyüşən bütün qəhrəmanları kimi.", -deyə qeyd edib.

Daha sonra direktor deyir: "Kişi qeyrətli qız iki silahlı kişinin qarşısında duraraq, birinin üzünə sillə vurdu, hansıki bu silləyə hamımız layiqik - bəlkə ayılaq və yaşadığımız saxta reallığı görək. Bu görüntü qəlbimizi dağlayır, çünki bu əsgərlər bizim uşaqlarımızdır. Əsgərlər - bizik. Mən bilirəm, bu status narahat edir, ona görə ki, reallığı özündə əks etdirir. Mən bu torpaqları 50 il öncə ələ keçirməmizlə bağlı həqiqətləri qəbul edirəm, o gündən problemləri həll edə bilməmişik."

Təl Əviv "Alterman adına" məktəbin direktoru Ram Koen daha sonra fələstinli qızın azad edilməsini tələb edib: "O qız bir aydır həbsdədir. O qədər hadisələr olub ki, məcburi köçkünlər əsgərləri vurublar, daş atıblar - lakin onları bir günlük belə həbs etməyiblər."

Koen daha sonra "İşğal bizim həyatımızda böyük faciə yaratmışdır. İşğal səbəb olmuşdur ki, əsgərlərimizə sillə vururlar. İşğal - sionizmin, Yəhudi quruluşun üzünə vurulan sillədir.", -deyə sonda qeyd edib.

Təhsil nazirliyi məsələ ilə bağlı açıqlama verərək direktorun sözlərilə razı olmadıqlarını bildirib
 
Mənbə : İslamazeri
Materialın kodu: 700969