Xəbərnaməni əldə etmək üçün e-mail ınızı daxil edin.
 
 
Nəşr tarixi : Thursday 18 January 2018 - 01:38
Share/Save/Bookmark
Tunisdə son iğtişaşlar zamanı 930 nəfər saxlanılıb
Tunisdə son iğtişaşlar zamanı 930 nəfər saxlanılıb
 
 
Islamtimes - Tunisdə yeni “ərəb baharı” başlayır?
 

Tunis Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkədə baş verən son iğtişaşlar zamanı ən az 930 nəfər saxlanılıb

Maide.Az “elnashra” saytına istinadən xəbər verir ki, Tunisdə son günlər baş verən, iğtişaşlarda ən az 930 nəfər saxlanılıb. Həmin şəxslər dövlət əmlakına və vətəndaşların malına ziyan yetirməkdə ittiham olunur.

Tunis DİN sözçüsü Xəlifə Əl-Şeybani deyib ki, ötən bir həftə ərzində baş verən iğtişaşlar zamanı təhlükəsizlik qüvvələrindən ən az 106 nəfər yaralanıb.

Etirazçıların əksəriyyəti 18 yaşından az yeniyetmələrdir. Onlar daş və molotof kokteyli ilə təhlükəsizlik qüvvələrinə hücum edir. Polis etirazları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edir.

Qeyd edək ki, yanvar ayının əvvlərində Tunisdə “Nəyi gözləyirsiz?” şüarı ilə kampaniya başlayıb. Kampaniyanın məqsədi Tunisdə qiymətlərin bahalaşması, işsizliyi artmasına etiraz etmək olub. Hazırda ölkənin bir neçə şəhərində iğtişaşlar davam edir. Aksiyalar zamanı bir neçə nəfər ölüb.
 
Mənbə : Maide
Materialın kodu: 697924