Xəbərnaməni əldə etmək üçün e-mail ınızı daxil edin.
 
 
Nəşr tarixi : Wednesday 10 January 2018 - 00:20
Share/Save/Bookmark
Əfqanıstanda İŞİD-in 22 üzvü məhv edildi
Əfqanıstanda İŞİD-in 22 üzvü məhv edildi
 
 
Islamtimes - Əfqanıstanın şimal-şərqində İŞİD terror təşkilatının 22 üzvünün öldürüldüyü bildirilib.
 
Deyerler.org Anadolu-ya istinadən xəbər verir ki, Kunar vilayətinin təhlükəsizlik idarəsinin sözçüsü Fərid Dehqan İŞİD üzvlərinin Sokai bölgəsində təhlükəsizlik nəzarət məntəqəsinə qarşı hücum təşkil etdiyini qeyd edib.

Terrorçularla təhlükəsizlik qüvvələri arasında baş verən qarşıdurmada 22 İŞİD üzvünün öldürülməsini və 32 nəfərin yaralandığını deyən Dehqan, hücumda 5 polis zabitinin də həlak olduğunu söyləyib.

Əfqanıstanın şimalındakı Cüzcan şəhərinin Derzab rayonunda keçən həftə keçirilən əməliyyatda İŞİD-in 26 üzvü öldürülmüşdü.
 
Mənbə : Nur.az.com
Materialın kodu: 696086