Xəbərnaməni əldə etmək üçün e-mail ınızı daxil edin.
 
 
Nəşr tarixi : Tuesday 9 January 2018 - 12:22
Share/Save/Bookmark
Londonun mərkəzində Fələstinə dəstək aksiyası
Londonun mərkəzində Fələstinə dəstək aksiyası
 
 
İslamtimes - Aksiya ABŞ səfirliyi qarşısında keçirilib
 
Britaniyada müsəlmanlar ABŞ səfirliyi qarşısında Qüdsə dəstək aksiyası keçirib.

İslamazeri.com “İQNA”-a istinadən xəbrə verir ki, Fələstinə dəstək məqsədilə keçirilən aksiyada ABŞ-ın Qüdsü rəsmi şəkildə sionist İsrail rejiminin paytaxtı kimi tanımasına etiraz bildirilib.

Londonda keçirilən aksiyada Britaniya Fələstin Asambeleyasının fəalları, İngiltərədəki Pakistan İcması , Birminqem mərkəzi məscidinin icması və digərləri iştirak edib.

Aksiyada Qüdsün təkcə Fələstinə deyil, bütün İslam dünyasına aid olduğu diqqətə çatdırılıb. Fələstin xalqının azadlığı, müstəqil dövlətin yaradılması və tanınması dəstəklənib.

Saatlarla davam edən aksiyada təşkilat rəhbərləri və fəallar çıxış edib. Həmçinin Fələstin xalqına maddi yardım toplamaq məqsədi ilə milli yeməklər sərgisi təşkil olunub.
 
Mənbə : Islamazeri
Materialın kodu: 695916