Xəbərnaməni əldə etmək üçün e-mail ınızı daxil edin.
 
 
Nəşr tarixi : Thursday 4 January 2018 - 18:49
Share/Save/Bookmark
Rohincia uşaqları arasında sağlamlıq böhranı
Rohincia uşaqları arasında sağlamlıq böhranı
 
 
İslamtimes - Banqladeşə qaçan 655 min rohinghalıdan 380 mini az yaşlı uşaqlardır
 
Sürət qaçışıyla məşqul olan Yura Bequm, düyü sahələrində qaçmaqla məşqul idi. Lakin 12 yaşlı qız güllələrdən necə sürətli ola bilər?

Ölkə ordusu və buddistlərin avqust ayının axırlarında Rohincia sakinlərinə hücum etdiyi və evlərini yandırdıqları zaman, Yuranın ailəsinin 14 üzvü, o cümldən atası, anası, 4 bacı və qarşı lazımi qədər sürətli qaça bilmirdilər.

Onların hamısı Manqeda şəhərinin qətliam cərəyanında idilər.

Yura da kanalların birində qaçdığı zaman gülləyə tuş gəlir, lakin buna baxmayaraq o və kiçik qardaşı Xeyrul Əmin özünü Banqladeşin cənub-şərqinə çatdıra bildi. Rohincialı köçkünlər üçün nəzərdə tutulan kamplara.

Yura deyir: “Mən gecələr qorxulu yuxular görürəm. Yuxumda hərbiçilər məni təqib edir. Oyanıb valideylərimlə bağlı düşünürəm və saatlarla gözümə yuxu getmir.”

“The Newyork Times”-ın məlumatına görə, “Uşaqların Xilası” adlı beynəlxalq təşkilatın əldə etdiklərinə əsasən, ordunun hücumlarından sonra Banqladeşə qaçan 655 min rohincialıdan 380 mini az yaşlı uşaqlardır. Köçkünlərin 30%-ni 5 yaşdan aşağı uşaqlar təşkil edir.

Uşaqlar bu kampların hər bir tərəfində müşahidə olunurlar. Onlar su və odun daşımaqla özlərinə xidmət edirlər. Onlardan bəzilərinin, münasib paltarları olmadığına görə qəribə geyimləri var: Pəncəklə idman şalvarı.. Digərlərinin də əynində toz torpaqdan başqa bir şey yoxdur. Bu kamplarda ən çox eşidilən səs uşaqların quru öskürəyidir. Ekspertlərin sözlərinə görə bu uşaqların gələcəyi təhlükə altındadır.

Bu təşkilatda olan müşavirlərdən olan Lalu Rustrop Hult deyir: “Bizim müşahidə etdiklərimiz bunu göstərir ki, uşaqların psixaloji sağlamlıqlarının həlli üçün münasib şərait mövcuddur. Uşaqlar ciddi xəsarətlər alıblar. Bu uşaqlar vəhşicəsinə törədilən cinayətləri gözləri ilə görüblər və evlərini, heç bir şey götürmədən tərk etməyə məcbur qalıblar. Onlar düzgün formada qidalanmadıqlarına və aclığa görə, inkişafda problemlərlə üzləşiblər.”

Son 2 ayda kamplarda fəaliyyət göstərən xanım Hult bildirib: “Uşaqların əksəri psixaloji böhranlardan olan “müharibə ya qaçış” halındadırlar. Bu böhran beyin üçün çox ziyanlıdır və daim insanı hücum vəziyyətində saxlayır. Buna baxmayaraq bu kamplarda olan uşaqlar çox şanslı uşaqlar olublar. Sərhədsiz həkimlərin hesabatına əsasən, avqust ayından sentyabr ayınadək öldürülən 730 rohincialı uşağın əksəri 5 yaşdan aşağı olub və güllə ilə öldürülüb. Bu rəqəmin təxminən 10%-i yandırılaraq öldürülüb. Yerdə qalan 5% isə zorakılıqla həyatını itirib.”

Bu araşdırmanı aparan beynəlxalq həkimlik müəssisəsi xəbərdarlıq edib ki, bu nəticələr mühafizəkarcasına aparılıb və vəziyyət qat qat pisdir.

Banqladeş və Myanma dövlətiləri köçkünlərin vətənlərinə geri qayıtmasıyla bağlı planlarının olduğunu desə də, onlardın çox az hissəsi evlərinə geri dönmək həvəsindədir.

Myanma dövləti rohincialıların əksərini vətəndaşlığa qəbul etmir və onları qeyri qanuni köçkünlər olaraq qələmə verir.

İndi bu nigarançılıq var ki, yüzlərlə rohincialı uşaq həm evsizliyi, həm də vətənsizliyi təcrübə etsin! Bu insanlar uzun illər boyu Myanmada buddistlərin zülm və işkəncəsi altında yaşayıblar. İndi onlar köçkün olub və qeyri münasib kamplarda yaşayırlar.

UNİCEF-in mətbuat katiblərindən olan Benyamin Ştayn Leşner bildirib: “Konqo kimi yerlərdə də uşaqlar ailələrinin ölümü və analarına olan təcavüzün şahidi olublar. Lakin Rohinciada baş verənlər digələri ilə müqayisədə çox ciddidir. Biz anlamırıq ki, bu sayda uşaq bu qədər psixaloji problemlə necə baş edəcək?”

Hal hazırda yardım qüvvələri Banqladeşdə olan kamplarda ölüm və həyatla mübarizə aparırlar.

UNİCEF-in dediyinə görə, bu kamplarda olan uşaqların 7%-i yanlış qidalanmadan əziyyət çəkirlər. Onlar düzgün müalicə görməsələr, öləcəklər. Beynəlxalq təşkilatlar yardımlarını artırsalar da, uşaqların valideynləri hələ də onlara görə narahatdıkar. Uşaqların 6-7 yaşı olsa da, bədənləri yeni doğulmuş körpə həcmindədir. Yayılmış epidemiyalar vəziyyəti daha da ağırlaşdırır.

Bu kamplarda olan su anbarlarının 60%-i nəcisə bulaşmışdır. Yaxınlıqda olan tualetlər buna səbəb olub. Belə olan halda, bu durumun ilk qurbanları məhz uşaqlar olur.(iuvmpress)
 
Mənbə : Maide
Materialın kodu: 694791