Xəbərnaməni əldə etmək üçün e-mail ınızı daxil edin.
 
 
Nəşr tarixi : Thursday 4 January 2018 - 17:44
Share/Save/Bookmark
Yəmən ordusunun Ərəbistanın sualtı qayığını saxlamasının detalları
Yəmən ordusunun Ərəbistanın sualtı qayığını saxlamasının detalları
 
 
Islamtimes - Yəmən ordusunun mətbuat katibinin müavini deyib: “Yəmənin dəniz qüvvələri və sahil qvardiyası Ərəbistan koalisiyasına aid sualtı kəşfiyyat qayığını saxlayıb.”
 
Bazar ertəsi günü telefon bağlantısı ilə Rusiyanın “Sputnik” agentliyinə açıqlama verən Əziz Raşid qayıqla bağlı deyib: “Uzaqdan idarə olunan bu kiçik sualtı qayıqda regiona aid xəritə və məlumatlar aşkarlanıb. Qayığın əsas məqsədi dəniz minalarını, GPS və Wi-Fi quraşdırılmış gəmiləri tanımaq olmuşdur.”
Raşid əlavə edib: “Rimus” tipli bu qayıq elektrik batareyası ilə 24 saat işləmək və saatda 11 km (saniyədə 3 metr) üzmək qabiliyyətinə malikdir. Qayığın işlərindən biri də məlumat toplamaq və onu gəminin mərkəzinə, hərbi bazaya, yaxud qayıqdakı mərkəzə ötürməkdir. Həmçinin bu qayıq dənizin dərinliyində hərbi məlumatları toplayır.
Yəmən ordusunun mətbuat katibinin müavini vurğulayıb ki, Ərəbistan müxtəlif yollarla Yəmənin hərbi təchizatı barədə casusluq edir. Bu sualtı qayığı da işə salmaqla bu kimi kəşfiyyat sistemlərini tanımaqda Yəmənin dəniz qüvvələrinin gücünü yoxlamaq istəyib. Halbuki, Yəmən ordusu indiyə kimi Ərəbistanın 10 döyüş gəmisini və Ərəbistan koalisiyasının 20 döyüş qayığını məhv etmişdir. Artıq bu koalisiyanın Yəmən sularında irəliləmək gücü yoxdur. Hətta Amerikanın qayıqlarının Yəmən radarlarının quraşdırıldığı yeri tapmaq üçün səyləri nəticəsiz qalmışdır.
Raşid bunu da əlavə edib ki, bu növ kiçik və uzaqdan idarə olunan sualtı qayıq region sularında indiyə kimi istifadə olunmamışdı. Ərəbistan koalisiyası əməliyyat barədə kəşfiyyat üçün qayıqlardan istifadə edirdilər. Amma Yəmən ordusunun koalisiya gəmilərinə raket hücumundan sonra daha su sərhədlərinə yaxınlaşmağa cürət etmirlər.
 
Mənbə : Nur-az.com
Materialın kodu: 694784