Xəbərnaməni əldə etmək üçün e-mail ınızı daxil edin.
 
 
Nəşr tarixi : Wednesday 20 December 2017 - 22:39
Share/Save/Bookmark
HRW: “Arakanlı müsəlmanlar planlı şəkildə qətliam edilir”
HRW: “Arakanlı müsəlmanlar planlı şəkildə qətliam edilir”
 
 
İslamtimes - Human Rights Watch Təşkilatının (HRW) Myanmanın qərbində yerləşən bəzi müsəlman kəndlərin sakinlərinin ordu və buddistlər tərəfindən qətliam olunduğunu deyib.
 
Deyerler.org Reuters-ə istinadən xəbər verir ki, HRW-nin dərc etdiyi “Çay sahilində qətliam: Myanma ordusunun Tula Tolidə törətdiyi bəşəri cinayətlər” adlı hesabatına görə, Arakanın Tula Toli kəndindən Banqladeşə qaçan 18 və bölgədən qaçan 200 rohinyalı müsəlmanla aparılan müsahibələr, Myanma ordusunun bölgədə törətdiyi qətliamı ictimailəşdirib.

Şahidlər Tula Toliyə hücum edən Myanma əsgərlərinin kəndliləri çay sahilinə apardığını, qadın və uşaqlardan ayırdıqları kişiləri öldürərək, kütləvi şəkildə çuxurlara atdıqlarını, üstlərinə benzin töküb yandırdıqlarını deyiblər. Onlar əsgərlərin qadın və uşaqlara kütləvi şəkildə, dəfələrlə təcavüz etdiklərini, bəzi uşaqları da analarından ayıraraq oda atdıqlarını bildiriblər.

Bundan başqa, Myanma əsgərlərinin kəndləri yandırdığını, təcavüz etdikləri qadınları oda ataraq, evlərə bağlayaraq yandırdıqlarını qeyd ediblər.

Sərhədsiz Həkimlər (MSF) təşkilatı keçən həftə verdiyi bəyanatında, avqustun 25-dən etibarən təcavüzkarlığın təkcə ilk ayında 6700 müsəlmanın öldürüldüyünü açıqlamışdı.
 
Mənbə : Deyerler
Materialın kodu: 691414