Xəbərnaməni əldə etmək üçün e-mail ınızı daxil edin.
 
 
Nəşr tarixi : Thursday 19 October 2017 - 23:37
Share/Save/Bookmark
Həmid Kərzayi: ABŞ regionu qarışdırmaq üçün Əfqanıstandakı terrorçulardan istifadə edir
Həmid Kərzayi: ABŞ regionu qarışdırmaq üçün Əfqanıstandakı terrorçulardan istifadə edir
 
 
İslamtimes - Əfqanıstanın sabiq prezidenti ABŞ-ın ölkəsindəki terrorçularla əlaqələrindən danışıb.
 
"ABŞ Əfqanıstandakı İŞİD təcavüzkarlarından bir alət kimi istifadə edir ki, bütün regionda qeyri-sabitlik yaratsın. Bunun ardınca dünya ictimaiyyətini inandırmağa çalışır ki, bölgədə terrora qarşı vuruşmaq üçün ABŞ-ın burada olması zəruridir".

İslamazeri.com-un xəbərinə görə, bu sözləri Rusiyanın "Russia Today" (RT) agentliyinə müsahibəsində Əfqanıstanın sabiq prezidenti Həmid Kərzayi deyib.

H.Kərzayinin sözlərinə görə, İŞİD-in Əfqanıstana yayılmasından sonra törətdiyi çoxsaylı cinayətlərə baxmayaraq, bu qruplaşmaya qarşı faktiki olaraq heç bir addım atılmayıb, əksinə, bəzi qeydiyyatsız xarici helikopterlərlə terrorçulara yardım çatıdırldığı barədə möhkəm dəlillər mövcuddur: "Son iki il boyunca, demək olar, hər gün yerli sakinlər, yerli ağsaqqallar, hökumət rəsmiləri, media təmsilçiləri bildirirlər ki, naməlum xarici vertolyotlar ölkənin bütün bölgələrində terrorçulara yardım çatdırır, onlara dəstək verir. Çox təəssüf ki, çoxlu dəllilər mövcuddur ki, ekstremist qruplaşmalar məhz Əfqanıstanda mövcud olan xarici hərbi bazalardan yardımlar edilir. Sual budur ki, axı nəyə görə? Hansı məqsədlə? Bu yardımlar dayanmırsa, əksinə, davam etdirilirsə, nəticə budur ki, ekstremist qruplar alət kimi istifadə edilirlər. Bu alət ABŞ tərəfindən daha böyük regional məqsədlərə çatmaq üçün istifadə olunur. Əfqanıstanda İŞİD-i dəstəkləmək təkcə Əfqanıstanda öz mövcudluğunu təmin etmək üçün deyil. ABŞ artıq çoxdan Əfqanıstanda yerləşib. Bu plan daha böyük məqsədlər üçündür, Əfqanıstanda kənarda öz təsirini göstərmək üçündür."

Sabiq prezident vurğulayıb ki, hazırki əfqan hökuməti terrora qarşı birgə mübarizə adı ilə ABŞ-ın bu ölkədə mövcudluğunu alqışlayırsa, ölkənin daha böyük regional məqsədlər üçün kukla kimi istifadə olunmasına göz yumursa, bu, qəbuledilməzdir: "Əfqanıstan sizin kiçik və ya böyük məqsədlərinizə görə ziyan çəkməməlidir. Əfqanıstdan öz qonşularına qarşı, yaxud qonşuluğundakı böyük dövlətlərə qarşı istifadə olunmamalıdır. Əks halda işlər nəzarətdən çıxar, hamı üçün problem yaranar, elə ABŞ-da ziyan çəkər".

Kərzayi qeyd edib ki, yeni Donald Tramp administrasiyası dövründə də ABŞ-ın Əfqanıstanla bağlı siyasətində zərrə qədər dəyişiklik olmayıb.
 
Mənbə : İslamazeri
Materialın kodu: 677838