Xəbərnaməni əldə etmək üçün e-mail ınızı daxil edin.
 
 
Nəşr tarixi : Tuesday 11 July 2017 - 11:43
Share/Save/Bookmark
Pakistanın Qətərlə əlaqəni kəsməməsi Səud rejimini narahat edir
Pakistanın Qətərlə əlaqəni kəsməməsi Səud rejimini narahat edir
 
 
İslamtimes - S.Ərəbistanı Pakistanın Kabul – Riyad münasibətlərində olan rolunu azaltmaq niyyətindədir
 
Bu barədə “Əl Cəzirə” kanalına müsahibə verən S.Ərəbistanının Əfqanıstanda olan eks səfiri Müsəffər bin Əbdür-rəhman Ali-Ğasib bildirib.
Kabul – Riyad əlaqələrinin son illərdə ciddi formada inkişaf etdiyini deyən Əbdür-rəhman Ali-Ğasib bildirib: “Gələcəkdə də daha möhkəm əlaqələrimiz olacaqdır.
Səudiyyə Ərəbistanı son 20 ildə Pakistanın Əfqanıstanla bağlı olan siyasətlərinə güvənib. Lakin təəssüf olsun ki, Pakistan dövlətinin “Taliban” və “Müsəlman qardaşları” ilə əlaqədə olan ifratçı qruplara dəstək verməsi Əfqanıstan xalqının nifrətinə səbəb olub. Bu səbəbdən Pakistanın Əfqanıstanla bağlı mövqelərində dəyişiklik olmalıdır. Riyadın Əfqanıstanla bağlı olan mövqeyi İslamabadla ortaq mənafeyə sahib olsaq da eyni olmaya bilər.”
300-500 min arası əfqanlının Pakistan pasportu ilə S.Ərəbistanında işlədiyini deyən Müsəffər bildirib: “Buna baxmayaraq Kabul rəsmiləri daim bizimlə İslamabad vasitəsi ilə deyil, bir başa olaraq əlaqə qurmaq istəyiblər. Hərəmlərin xidmətçisinin Əfqanıstanla bağlı son göstərişi əlaqələrimizin genişlənməsinə səbəb olacaqdır.”
Görünən budur ki, bu addım Nəvaz Şərifin Riyada səfəri və xəbərdarlıqlara baxmayaraq Pakistanın Qətərlə əlaqələrinin kəsilməməsi səbəbi ilə baş verib.
 
Mənbə : Nur-az.com
Materialın kodu: 652531