Xəbərnaməni əldə etmək üçün e-mail ınızı daxil edin.
 
 
Nəşr tarixi : Tuesday 10 January 2017 - 23:27
Share/Save/Bookmark
Təkfirçilər İraqda, Suriyada əhalinin suyunu kəsib Yezidin (lən) yolunu gedirlәr
Təkfirçilər İraqda, Suriyada əhalinin suyunu kəsib Yezidin (lən) yolunu gedirlәr
 
 
İslamtimes - İraq parlamentinin deputatı Hüsaməddin Əl-İbar İŞİD terrorçularının Mosulun şərq hissələrində yerləşən 30 rayonda suyu kəsdiyini açıqlayıb.
 
Deyerler.org Parstoday-a istinadən xəbər verir ki, iraqlı parlamentari təkfirçi terrorçuların Yezidin (lən.) yolunu getdiyini deyərək belə danışıb: "İŞİD terrorçuları bu gün (yanvarın 10) Mosulun şərq hissələrində yerləşən 30 rayonda suyu kəsdi. Bu bölgələrin 10-da isə növbə ilə içməli sular da kəsildi".

Hüsaməddin Əl-İbar şəhərdəki rəsmilərdən zərər çəkən rayonlara içməli suyun aparılması üçün su tankerlərinin göndərilməsini istəyib.

Mosulun bəzi rayonlarına su çatdıran nasoslar hələ də terrorçuların əlindədir və buna görə də terrorçular suyu İraq ordusuna və xalqına qarşı təhdid kimi istifadə edir.

Terrorçular İraqla yanaşı, Suriyada da analoji təşəbbüsə əl atıblar. Üzləşdiyi ağır məğlubiyyətlər qarşısında əllərində saxladıqları infrastruktur xidmətlərini bir silah kimi istifadə edən terrorçular, əhalinin başda içməli su olmaqla, normal həyat şəraitini çox çətin vəziyyətə salacaq üsullara əl atırlar.

Terrorçular İraq və Suriyada ağır məğlubiyyətlərinin intiqamını almaq üçün enerji və su stansiyalarını da dağıdırlar.
 
Mənbə : Deyerler
Materialın kodu: 598963