Xəbərnaməni əldə etmək üçün e-mail ınızı daxil edin.
 
 
Nəşr tarixi : Saturday 26 September 2015 - 23:27
Share/Save/Bookmark
Qasim Süleymani S-300 raketlərini Suriyaya ötürü bilər
Qasim Süleymani S-300 raketlərini Suriyaya ötürü bilər
 
Qasim Süleymani S-300 raketlərini Suriyaya ötürü bilər
 
İslamtimes - Moskvadakı danışıqların nəticəsi Rusiyanın hal-hazırda Suriyadakı qəti mövqeyindən sonra vəziyyəti dəyişə bilsin. Odur ki, Telavivlə Moskvanın Suriya hava və atmosferində sərt rəqabətinin mümkünlüyündən əlavə vəziyyətin daha gərginliyi gözlənilir.
 
Nur-az.com shia-news.com-a istinadən:
Əl-Ərəbiyyə kanalının rəsmi saytında qeyd edilir ki, general Qasim Süleymaninin son vaxtlar Suriyadakı proseslərə yaxından dəxaləti İsrailin siyasi aurasında böyük qalmaqal və müzakirələrə səbəb olub. Hətta bu məsələ ilə əlaqədar Netanyahunun özünü Moskvaya çatdıraraq qızışan anlaşılmazlıq və qarşıdurmaya müəyyən qədər su səpməyə can atdığı vəziyyətin gərginliyini göstərir. Burada İsraili qorxudan Rusiya tərəfindən S-300 raket texnikasının İrana köçürülməsindən sonra onun Qasim Süleymani vasitəsilə Suriyaya ötürülməsi ehtimalıdır.
Güman edilmir ki, Moskvadakı danışıqların nəticəsi Rusiyanın hal-hazırda Suriyadakı qəti mövqeyindən sonra vəziyyəti dəyişə bilsin. Odur ki, Telavivlə Moskvanın Suriya hava və atmosferində sərt rəqabətinin mümkünlüyündən əlavə vəziyyətin daha gərginliyi gözlənilir. Bu isə İsrailin regiondakı hegemonluğu və istənilən vaxt sərhəd ölkələrinə qarşı təhdid və təcavüzünə böyük maneə törədir. Hətta burada Hizbullahın da, belə bir texnikanı əldə etməsi ehtimalı İsraili narahat etməyə bilməz. Hər halda bunu zaman göstərəcək ki, Rusiyanın hazırkı böhranla əlaqədar Suriyada yaxından iştirakı İsrail üçün nə kimi məhdudiyyətlər yaradacaq.
 
Mənbə : Nur.az.com
Materialın kodu: 487564