Xəbərnaməni əldə etmək üçün e-mail ınızı daxil edin.
 
 
Nəşr tarixi : Saturday 13 January 2018 - 23:28
Share/Save/Bookmark
İstanbulda Şeyx Zəkzəkiyə dəstək aksiyası-FOTO
İstanbulda Şeyx Zəkzəkiyə dəstək aksiyası-FOTO
 
 
İslamtimes - Onun qanunsuz həbsi pislənib, dərhal azad olunması tələb olunub
 
Maidə.Az xəbər verir ki, bu gün İstanbulun mərkəzində Nigeriya müsəlmanlarının lideri, hazırda həbsdə olan Ayətullah Şeyx Zəkzəkiyə dəstək olmaq məqsədilə aksiya keçirilib.

Yüzlərlə insanın iştirak etdiyi mitinqdə həmdə çox sayda Türkiyə QHT və dərnəklər qatılıb.

Şeyx Zəkzəkinin qanunsuz həbsi pislənib, onun dərhal azad olunması tələb olunub.

"Şeyx Zəkzəkiyə azadlıq", "Nigeriya müsəlmanları ilə həmrəyik", "Təqiblərə son", "Şiə - sünni kardeşdir, Amerika kalleşdir", "Heyhat minna zilla" və s. şüarlar səsləndirilən aksiyada imperialist ABŞ və sionist İsrail rejiminin bayraqları yandırılıb.

Aksiyada bəyanat qəbul olunub. Bəyanatda bildirilir: "Türkiyədə yaşayan sünni və şiələr Nigeriya İslam Hərəkatı ilə həmrəyliyini bildirir. Onlar Şeyx Zəkzakiyə qarşı ən kiçik addımı belə cavabsız buraxmayacaqlar".

Aksiya insidentsiz başa çatıb.

Xatırladaq ki, 2015-ci ilin dekabrın ortalarında Nigeriya ordusu Zaria şəhərində şiələrin toplaşdığı Bəqiyətullah hüseyniyyəsi və Nigeriya İslami Hərakatının rəhbəri, ölkə şiələrinin lideri Şeyx Zəkzakinin evinə hücum edib. Hücum zamanı təqribən 2000 nəfəri öldürmüşdü. Bundan sonra Şeyx Zəkzaki xanımı ilə birlikdə həbsxanaya göndərilib. Onun 3 övladı şəhid edilib. İnsan haqları təşkilatları Nigeriya ordusunun Kaduna əyalətində Zaria şəhərinə hücum zamanı ən az 300 Əhli-Beyt (ə) tərəfdarının öldürüldüyünü elan edib. Bəzi məlumatlara görə, hücum zamanı 1000-dək şiə qətliam olunub. Nigeriya İslami Hərakatına üzv olan 220 nəfər hazırda Kaduna həbsxanasında saxlanılır. Şeyx Zəkzakinin səhhətində problemlər olsa da heç bir tibbi yardım göstərilmir.
 
 
Mənbə : Maide
Materialın kodu: 696862