Xəbərnaməni əldə etmək üçün e-mail ınızı daxil edin.
 
 
Nəşr tarixi : Friday 2 February 2018 - 21:04
Share/Save/Bookmark
Siyavuş bəy, bəs Allahın bağışlamayıb prezidentin bağışladığı adamı nə edək?
Siyavuş bəy, bəs Allahın bağışlamayıb prezidentin bağışladığı adamı nə edək?
 
 
Islamtimes - Əslində hüquqdan tez-tez dəm vuraraq özünü hüquqçu göstərməyə cəhdlər edən və hər dəfəsində rüsvay olan Siyavuş bəyi işdən qovmaq, mandatını əlindən almaq lazımdır.
 
Bizim parlaman bütün dünyanın bildiyi kimi xalqın halına ağlamaq əvəzinə işləməyənlərin pul qazanmaq yerinə çevrilib. Hazırkı vəziyyətdə parlamentdə xalqın halına yanan bir nəfər tapmaq çətin məsələdir. Məlum məsələdir ki, burada YAP-ın qoca qurdları, saxta müxalifətçilər, xalqı tez-tez təhqir edən kobud-köntək adamlar cəm olub. Bu cür adamlardan biri Siyavuş Novruzovdur. Adam hər dəfə ağzını açanda elə bilirsən yuxuda sayıqlayır. Amnistiya haqda müsahibəsində deyib ki, bağışlamaq Allaha məxsusdur, bir də prezidentə.
Bizim xalqımız deputat seçkiləri ərəfəsində Heydər Əliyev haqqında İmamımız, peyğəmbərimiz ifadəsini işlədən imamsız, peyğəmbərsiz adama da rast gəlib. Zaman-zaman bəzi insanları Allah məqamına da qaldırıblar. Bəzi dövlət başçıları da özlərini – nəzu billah – Allah hesab edib. Məsələn, Fironun həyatı sizə bəllidir. Taleyi, aqibəti necə oldu, onu da bilirsiz. O açıq-açığına durub camaata deyirdi ki, mən sizin rəbbinizəm. Allah-Taala onu "bir qaşıq suda boğdu".
Siyavuş Novruzov isə güya hüquqi danışmaq istəyib amma hüquq elmini "anasından doğulmağa peşiman edib". Deyir bağışlamaq hüququ Allaha bir də ölkə başçısına məxsusdur. Düzdür, şəxsən Azərbaycan deputatxanasında Allah adını dilinə gətirən bir dənə deputat varsa bu şükürlü haldır. Ən azından arxayınlıqla bu cür adamlara "Allahsız" deyən insanlara demək lazımdır ki, xeyr, xeyr, Siyavuş Novruzovun Allahı var. Amma ölkədə min cür vətəndaş var. Vəhabisi deyəcək ki, Siyavuş müşrikdir, müxalifətçi deyəcək ki, o prezidentin diktator olduğunu etiraf edir. İqtidarçı deyəcək ki, Siyavuş Novruzova ənam vermək lazımdır. Mömin deyəcək ki, mən Siyavuş Novruzovun (özündən uydurduğu) "Allahını" tanımıram.
Əslində hüquqdan tez-tez dəm vuraraq özünü hüquqçu göstərməyə cəhdlər edən və hər dəfəsində rüsvay olan Siyavuş bəyi işdən qovmaq, mandatını əlindən almaq lazımdır. Çünki adam açıq-aşkar İlham Əliyevi diktator hesab edir. O, müsəlmanın hər şeyi Allahın əlində olduğuna inandığı kimi hər şeyin prezidentin əlində olduğuna inanır. Bu da Əli Kərimlinin, Cəmil Həsənlinin, İlqar Məmmədovun İlham Əliyev haqqında diktator, avtoritar rejim başçısı demələrini təsdiq etməkdir. Burada sual yaranır: Məgər həbs edilənləri prezident kefi istədiyinə görə həbs edib ki, kefi istəyəndə bağışlasın? Yaxud azadlıqdan məhrum etmə, amnistiya kimi hüquqi məsələləri hüquq tənzimləyir, yoxsa prezident? Və yaxud sabah prezidentin özü həbs edilsə onu kim bağışlayacaq. Siyavuş bəy demək istəyir ki, bizdə bir qanun var, o da prezidentdir.
Başqa cəhətdən onun Allahdan danışmağa haqqı yoxdur. Çünki Siyavuş Novruzov dünyəviliyin tərəfdarıdır və dünyəvi meyarlarla idarə edilir. Bir dəfə Allah bəndəsi kimi özünü hiss edib deməyib ki, ən üstün qanun Allah qanunudur. Çünki onun qanunu da, allahı da İlham Əliyevdir.
Burada onun quş buraxmasına irad edib bildirirəm ki, bağışlamaq, qanun, hüquq ancaq Allaha məxsusdur. Məhz sizin hökmranlıq etdiyiniz ölkədə Allahın evi dağıdılır, hicabı yasaq edilir, ruhanisi həbs edilir. Vallahi və billahi, Siyavuş Novruzovun təmsil etdiyi hakimiyyət Allahı gözlə onlara etiraz edən görsəydi dərhal, vaxt itirmədən həbs edərdilər. Bunu isə hökmən Siyavuş Novruzov qulağında sırğa etməlidir. Prezident Allahın yanında nə karədir ki, bağışlamaq hüququ ona məxsus olsun. Xüsusən də dinin dövlətdən ayrı olduğu ölkədə görəsən Siyavuş Novruzovun "Allahının" bağışlamaq hüququ və səlahiyyəti nə həddədir. Nəhayət son sual və Siyavuş Novruzov həm kişi kimi, həm hüquqşünas kimi, həm də dürüst Allah bəndəsi kimi bu suala cavab versin: Birdən elə bir insan tapıldı ki, Allah onu bağışlamadı, amma prezident bağışladı, onda bu adamın hökmü nədir? Kişi kimi deyəcəksən ki, Allahın qərarı prezidentin qərarından üstündür? Məlumdur ki, son sözün bir varlığa aid olduğunu bilməyəcək qədər bisavad olan Siyavuş Novruzov ictimaiyyətdə ciddi qəbul edilmədiyi üçün ona bu cür ciddi suallar verilmir. Yoxsa onu sualla dar ağacına çəkmək boynumun borcu olardı.

P.S. Siyavuş Novruzov yenə də hər şeyə tüpürüb "hər şey, öldürmək, diriltmək,vardan yox eləmək, yoxdan var eləmək prezident İlham Əliyevə məxsusdur, Allaha yox" desəydi, yenə bir təhər səbr edib bu sözü küfr olmasına rəğmən hardasa inandırıcı hesab etmək olardı. O cəhətdən ki, "ən böyük" bir nəfər olmalıdır, o da Siyavuşun əqidəsinə görə İlham Əliyevdir. Amma bir hüququn iki nəfərin əlində olduğunu hesab etmək absurddur. Ya bəndə olub "ancaq Allah" deyəcəksən, ya da yaltaq olub prezidenti firon yerinə qoyacaqsan. Çünki günü sabah bu iki nəfərin sözü çəp gələ bilər, o zaman sən hansının ordusunda yer alacaqsan? Son sual Siyavuş bəyə deyil, çünki onun kimin səffində yer alamsı dünəndən məlumdur, sabaha nə hacət?
 
Mənbə : Nur.az.com
Materialın kodu: 701742