Xəbərnaməni əldə etmək üçün e-mail ınızı daxil edin.
 
 
Nəşr tarixi : Saturday 9 December 2017 - 22:56
Share/Save/Bookmark
Toplayanların yerini dəyişəndə nəticə dəyişir ki?
Toplayanların yerini dəyişəndə nəticə dəyişir ki?
 
 
İslamtimes - Fazil Məmmədovla Mikayıl Cabbarovun ortaq nöqtələri mövcuddur. Çünki Fazil Məmmədov "vergilər"ə baxırdısa, ondan-bundan vergi yığırdısa, Mikayıl Cabbarovun məktəblərində də demək olar ki, vergi birə min idi.
 
Bu aralar sözün həqiqi mənasında Ukrayna prezidentinin başının bəlasına çevrilən keçmiş Gürcüstan prezidenti və Odessanın sabiq qubernatoru Mixail Saakaşvili o vaxt prezident olanda həyata keçirdiyi islahatlardan biri də gənc məmurları vəzifə başına gətirmək idi. O, nikolaydan qalma sovet tör-töküntüsü məmurları yeni kadrlarla əvəz elədi. Ölkəmizdə İlham Əliyev də Saakaşvilinin bu təcrübəsindən istifadə etsə uduzmaz.
Hələ o vaxtlar İlham Əliyev prezident olanda cavan oğlan idi. Amma təəssüf ki, prezident cavan kadr olsa da ətrafındakı bığı yağa batmış qarınqulu, harın, yekə qarın məmurlar dövləti talamaqla məşğul idilər. O vaxtdan, bu qoca kaftar məmurlar xalqa qənim kəsilib. Üstəlik, get-gedə parlamentdə də qocalar artıb çoxaldı. Deyilənə görə bu qocalar çox təcrübəlidir və onları həm yerindən dərbərtmək çətindir, həm də dəbərmələri hökümətə sərf eləmir. Məsələn, boz kardinal Ramiz Mehdiyevin yerini kim doldura bilər? Adamın arxası da möhkəmdir, kökləri də uzaqlara gedib çıxır. Bu cür yüz ilin ağacını qopartmaq üçün gərək asfaltı şimaldan cənuba dağıdasan. İşi də də köklü işdir. Baba Pünhan demişkən əgər bir binada bir müəllim, bir alim, bir həkim, bir hakim, bir dilçi və zibilçi yaşasa, zibilçilik Ramiz Mehdiyevin payına düşər. Çünki orada yaşayan və seçkilərdə saxtakarlıq edən dövlət müəlliminin də, sifarişli məhkəmədə işləyən rejim hakiminin də, sağlam insanı vurub xəstələndirən, bisavad, rüşvətlə diplom alan həkimin də, dilçilik qanunlarından bixəbər dilçinin də bütün zibillərini zibilçi çox gözəl bilir. Hələ parlamentdə satılan stulların qiymətindən danışmıram. (Bu barədə vaxtında Gülər Əhmədova danışıb) Deməli, xalqın dəbərməsi kimi qoca qurdların dəbərməsi də çətindir.

Amma son olaraq 53 yaşlı "naloq" naziri Fazil Məmmədovu 41 yaşlı Təhsil Naziri Mikayıl Cabbarovun əvəzləməsi və Cabbarovun yerinə cavan kadrın gəlməsi güya camaatda bir az ümid yaradıb. Amma təcrübələr göstərib ki, bizdəki dəyişikliklərin demək olar ki, 99 faizi "toplayanların yerini dəyişdikdə nəticə dəyişməz" mislindəndir. Bəli, "toplananların" yox, məhz "toplayanların". Doğrudur, əgər məsələn Mədəniyyət Naziri səfir gedir, səfir gəlib JEK müdiri olursa, İcra başçısı nazir, nazir icra başçısına dönürsə bunlar öz köhnə yerindəki şələ-şüləsini toplayarkən onlar zatən toplananlar durumuna düşürlər. Amma unutmayaq ki, onlar toplananlardan əlavə bir də toplayanlardır. Vəzifədə qaldıqları müddətdə ancaq pul toplamaqla məşğuldurlar. İndi nə fərqi var ki, götür o rüşvətxoru, qoy onun yerinə başqa rüşvət atasını. Nəticə birdir. Amma becəhənnəm, heç olmasa bu insanlar arasında bağlılıq, rabitə olsa yenə də adamı yandırmaz. Məsələn, ömrü boyu mülki vətəndaş olan bir nəfər gəlib hərbi nazir olursa, "səhv düşəndə yerimiz" şeiri ürək dağlayır.
Buna baxmayaraq Fazil Məmmədovla Mikayıl Cabbarovun ortaq nöqtələri mövcuddur. Çünki Fazil Məmmədov "vergilər"ə baxırdısa, ondan-bundan vergi yığırdısa, Mikayıl Cabbarovun məktəblərində də demək olar ki, vergi birə min idi. Mən deyim sən say: təbaşir pulu, salyarka pulu, süpürgə pulu, ayaqyolu pulu, təmir pulu, fond pulu, rano pulu, müəllimlərin ad günlərinin pulu, 8 mart pulu və s. bu kimi "vergiləri" üst-üstə toplasaq aydın olar ki, bu xalqı təkcə Fazil Məmmədov deyil, Mikayıl Cabbarov da o tərəfdən soyurmuş. İndi nə fərqi var ki, birini götür, yerinə o birini qoy. (Nəzərinizə çatdırım ki, türk qonşularımız, qardaşlarımız, soydaşlarımız, abilərimiz, dönəri ölkəmizdə dəb salanlar bu cür naziri götürəndə yerinə o birini qoymurlar, götürdüklərini ötəkisinə (o birinə) vururlar)
Bir iş də var ki, təkcə nazirlərin yerini dəyişmək kifayət deyil. Çünki nazirə gedib çıxana qədər demək olar ki, təhsil sisteminin, Vergilər Nazirliyinin rüşvətə aludə olmayan işçisi qalmır. Aralarında insaflısı tapılanda da MTN-də dindirilir ki, birdən xarici dövlətlərin (o dövlətlərdə ki korrupsiya yox həddindədir) maraqlarına xidmət edən birisi olar.
Sıradan bir məktəb müəllimi imtahan üçün pul dilənirsə, aldığı puldan yuxarı da ötürür, yuxarı da özündən yuxarı, o da özündən yuxarı ötürdükdə həmin pul gedib nazirin otağına çıxır. O da təbii ki, özündən böyükləri "görməlidir". (Gör indi bu qədər insanlar bir-birini görmək üçün yazıq şagirdi nə qədər soymalıdır ki, hamının ətinə-qanına bu haram yapşsın, sümüyünün iliyə girsin, nəsil-nəcabəti söyülsün, yeddi arxa dönəni lənətlənsin) Ona görə də bu cür islahatların faydası yoxdur. Ondan yaxşı dövlət proqram hazırlayıb milyardlarla pul xərclənmələdir ki, insanların aparıb inkişaf etmiş avropa ölkələrində zehniyyətlərini dəyişsinlər, rüşvət məhəbbətini onların qəlbindən silsinlər, "rüşvətsiz yaşamaq mümkün deyil" stereotipini qırsın. (Bu proses öz ölkəmizdə olsa sağlam adamlar da bədbəxt olar, ona görə avropa ölkələri yaxşıdır) Bu səbəbdən bu dəyişikliklərdən yaxşı heç nə ummuram, heç xalq da belə islahatlardan heç nə gözləməsin.
 
Mənbə : Nur.az.com
Materialın kodu: 688883